"Çiçaritonun "Qarabağ"a vurduğu qol bunun sübutudur" - ƏFSANƏVİ FUTBOLÇU

24 Sentyabr 2019 13:16 Avropa Liqası 578
"Çiçaritonun "Qarabağ"a vurduğu qol bunun sübutudur" - ƏFSANƏVİ FUTBOLÇU

Meksika futbolunun canlı əfsanələrindən Rafael Markes "Sevilya"nın hücumçusu Xavier Ernandesin çıxışını dəyərləndirib.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, veteran müdafiəçi həmyerlisinin yenidən əvvəlki səviyyəyə qayıdacağına inanır. Markesin fikrincə, Çiçaritonun Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda "Qarabağ"la matçdakı çıxışı bunu deməyə əsas verir:

"İnanıram ki, Meksika millisinin bombardiri ideal formasını bərpa edəcək. Cərimə zərbəsindən "Qarabağ"a vurduğu qol bunun sübutudur. Fikrimcə, o, "Sevilya"da yenidən əvvəlki özünəinamı qaytaracaq. Çiçarito heç vaxt məni heyrətləndirməkdən əl çəkmir. İstənilən epizodda fərqlənə bilir. Oyun fəlsəfəsi odur ki, döyüşsün və əla işlər görsün. Hər dəfə onu izləyəndə heyran qalıram. Ümid edirəm ki, bu şəkildə davam edəcək".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA