"Nikosiyadakı görüşdə qalib gəldiyimizə görə çox sevinirik. Əlbəttə ki, biz hər oyuna maksimum mübarizə aparmaq üçün çıxırıq. APOEL-lə görüşdəki qələbə bizi çox sevindirdi".
Bu sözləri Sportinfo.az-a açıqlamasında "Düdelanj"ın kapitanı Conatan Juber deyib. Lüksemburq klubunun təcrübəli qolkiperi qarşıdakı turda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə də danışıb. O, Azərbaycan çempionu ilə oyunda da maksimum nəticə üçün oynayacaqlarını bildirib: "
Qrupdakı bütün rəqiblərimiz çox güclüdür. Hər biri ilə oyun bizim üçün çətin olacaq. Növbəti turda rəqibimiz "Qarabağ"dır. Bu komandanın da çox güclü olduğunu bilirik. Yaxşı top saxlayır, sürətli hücumlara çıxırlar. Evdəki oyunda da maksimum gücümüzü meydanda qoyacağıq. Necə olacağını isə oyun göstərəcək".

