Regilon Bakıdakı videosu və "Qarabağ"la oyun haqda: "Göstərdik ki..."

21 Sentyabr 2019 13:35 Avropa Liqası 1 543
Regilon Bakıdakı videosu və "Qarabağ"la oyun haqda:

"Sevilya"nın müdafiəçisi Serxio Regilon "Marka" nəşrinə geniş müsahibə verib. Sportinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ"a 3:0 hesabı ilə qalib gəldikləri oyun haqda danışan ispaniyalı futbolçu paltardəyişmə otağında çəkdikləri videoya da toxunub.

- Cümə axşamı "Qarabağ"a qarşı oynamasaz da, hər halda paltardəyişmə otağındakı məlum video ilə fərqlənməyə çalışdız...

- (Gülür). İmprovizasiya olunmuş video idi. Paltardəyişmə otağında topu bir-birimizə ötürürdük. Sonluqda çox əziyyət çəkdik. Yalnız bir neçə cəhddən sonra bizdə nəsə alındı. Buna qədər isə bəzi videoları silməli olduq. 5-6 cəhddən sonra bunu bacardıq.

- Uzaq yol və yorğunluğa baxmayaraq, Avropa macəranıza qələbə ilə başladız...

- Komanda hazırda çox yaxşı vəziyyətdədir. Keçirdiyimiz oyunlarda da futbolçularda özünəinam olduğu hiss olunur. Avroliqadakı son matçda kompakt və güclü heyətimizin olduğu göründü. Əsas odur ki, komandadakı baş məşqçi dəyişikliyinə baxmayaraq, keyfiyyət aşağı düşməyib. Bütün görüşlərdə maksimum gücümüzü ortaya qoymağa çalışırıq.

- Çiçarito keçmiş "Real"lıdır. Necə düşünürsüz, bu həftəsonu sabiq klubuna qol vursa, qeyd edəcək?

- Çiçarito çox enerjilidir. Paltardəyişmə otağında müsbət atmosfer yarada bilir və bunun təsiri bir neçə gün qalır. Onun "Real"la matçda nələr edəcəyini mən də səbirsizliklə gözləyirəm.

- Bəs siz özünüz?

- Mən kluba hörmət xatirinə vurduğum qolu qeyd etmərəm. Çünki "Real" məni dünya futboluna qazandıran komandadır.

- "Sevilya" hara kimi gedə bilər?

- İndidən bu haqda danışmaq tezdir. Hər şeyi zaman göstərəcək.

- Titul qazanmağı arzulayırsız? Məsələn, 6-cı dəfə Avroliqanın qalibi olmaq...

- Qarşınıza məqsəd və böyük hədəflər qoymalısız. "Sevilya" ilə Avroliqanı qazanmaq əla olardı. Ümid edirəm ki, mövsümün sonunda buna nail olacağıq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA