"Sevilya"nın idman direktoru Ramon Monçi Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda "Qarabağ"ı 3:0 hesabı ilə məğlub etdikləri oyundan danışıb.
Sportinfo.az xəbər verir ki, klub rəsmisi "Marca" nəşrinə geniş müsahibəsində görüşün çətin keçdiyini bildirib:
"Qarabağ"la oyun asan olmadı. Komanda mövsümün startından sabit çıxış edir. Yaxşı başlamaq hər zaman önəmlidir".
Monçi "Sevilya"nın bu həftə La Liqada "Real"la oynayacağı matça da toxunub: "Əgər "Real"la oynayırsansa, deməli, favorit onlardır. Sonra necə olacaq, bu, digər məsələdir. 90 dəqiqə mübarizə aparmaq lazımdır".

