Avropa Liqasının qrup mərhələsinin I turunda Bakıda “Qarabağ”a qalib gələn (3:0) İspaniyanın “Sevilya” klubunun baş məşqçisi Xulen Lopeteqi oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportinfo.az xəbər verir ki, ispan mütəxəssis əvvəlcə qələbəni şərh edib.
- Sona qədər mübarizə aparan “Sevilya” gördük. Əvvəlki matçlarda qol vurmaqda çətinlik çəksəz də, bu gün 3-nü vurduz...
- Rəqib öz meydanında oynayırdı və ab-havanı gördüz. Matçın əvvəlində bir az çətinlik yaşandı. İstənilən halda, qələbəya layiq oynadıq. 1-ci qol vəziyyəti dəyişdi. Bundan sonra növbəti qolları vurmaq daha asan oldu.
- Gözlədiyiniz “Qarabağ”ı gördüz?
- Təcrübəli komanda olduğu hiss olundu. Bilindi ki, üzərində işlənmiş komandadı. Gözlədiyim kimi idilər.
- Qrupun digər oyununda “Düdelanj” sürpriz şəkildə səfərdə APOEL-ə qalib gəldi. Püşkatmadan sonrakı fikirlərinizlə indiki düşüncələriniz eynidimi?
- Futbolda təəccüblü heç nə yoxdur. Əvvəlcədən heç bir matçı udduğunu düşünmək olmaz. Bütün rəqiblərə ciddi yanaşmaq lazımdır.
- Nəticə bəllidi. Kimdən və nədən razı və ya narazı qaldız?
- Hər hansı futbolçunu qeyd etmək istəmirəm. Komanda şəklində yaxşı oynadıq və güclü rəqibə qalib gəldik. Buna görə məmnunam.
- Hesab komandalar arasındakı fərqi göstərdimi? Ümumiyyətlə, “Qarabağ”la “Sevilya” arasında doğrudanmı belə böyük fərq var?
- Rəqibin APOEL-lə hər iki oyununu izləmişdim. “Qarabağ” APOEL-i, APOEL “Ayaks”ı mübarizədən kənarlaşdıra bilərdi. Deyə bilmərəm fərq nə qədərdi. İndi hamı mübarizə apara bilir.
- Həftəsonu “Real”la qarşılaşacaqsız. Həmin matçda uduzsaz, bunu uzaq səfər, bugünkü matçın ağırlığı ilə əlaqələndirməyəcəksiz?
- Bu barədə sabah danışa bilərəm.

