Bu gün Avropa Liqasında qrup mərhələsinin 1-ci turunun oyunları keçirilib.
Sportinfo.az xəbər verir ki, ardıcıl altıncı mövsümdə Azərbaycanı avrokubokların qrup mərhələsində təmsil etmək hüququ qazanan "Qarabağ" da qrupda ilk oyununa çıxıb.
Qurban Qurbanovun çalışdırdığı kollektiv doğma meydanda İspaniyanın “Sevilya” klubunu sınağa çəkib.
Avroliqanın ən çox qalibi olmuş bu komanda Bakıya əsas heyətlə gəlsə də, Ağdam klubu La Liqa nəhəngi ilə oyunda sürprizə imza atmağı hədəfləmişdi.
Amma qarşılaşma Azərbaycan çempionu üçün çox uğursuz alınıb. İspaniya təmsilçisi bu oyunda 3 cavabsız qolla qalib gəlib.

