"Qarabağ" qrup mərhələsinə məğlubiyyətlə başladı

19 Sentyabr 2019 22:46 Avropa Liqası 895
"Qarabağ" qrup mərhələsinə məğlubiyyətlə başladı

Bu gün qitənin reytinqinə görə 2-ci klub turniri sayılan Avropa Liqasında qrup mərhələsinin oyunlarına start verilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycanı 5-ci dəfə qruplarda təmsil edən "Qarabağ" ilk turda favorit "Sevilya"nı qəbul edibk. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma təmsilçimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

A qrupunun digər görüşündə isə APOEL öz meydanında Lüksemburq təmsilçisi “Düdelanj”a uduzub - 3:4.

Avropa Liqası. Qrup mərhələsi. A qrupu
19 sentyabr

20:55 "Qarabağ" - "Sevilya" - 0:3

Qollar: Çiçarito, 62, Munir Əl-Həddadi, 78, Oliver Torres, 85

Baş hakim: Yevgeni Aranovski
Yan xətt hakimləri: Semyon Şlonçak, İqor Alyoxin
Dördüncü hakim: Yaroslav Kozik (hamısı Ukrayna)
Hakim-inspektor: Elmir Pilav (Bosniya və Herseqovina)
UEFA nümayəndəsi: Boris Stankov (Bolqarıstan)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

"Qarabağ": 1. Asmir Beqoviç, 2. Qara Qarayev, 3. Ailton Silva, 5. Maksim Medvedev (k), 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov. 20. Riçard Almeyda, 8. Miçel, 9. Xayme Romero, 17. Abdullah Zubir, 99. Maqaye Qeye

Ehtiyat oyunçular: 13. Vaqner Silva, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 14. Rəşad Sadıqov, 18. İsmayıl İbrahimli, 23. Faysal Rerrar;

"Sevilya": 1. Tomaş Vatslik, 11. Munir, 12 Jyul Kunde, 14. Xavyer Ernandes, 15. Alexandro Pozo, 17. Nemanya Qudel, 18. Serxio Eskudero (k), 20. Dieqo Karlos , 21. Oliver Torres, 22, Franko Vaskes, 24. Joan Jordan

Ehtiyat oyunçular: 13. Yassin Bono, 3. Serxi Qomes, 7. Roni Lopeş, 9. Munes Dabbur, 10. Ever Baneqa, 23. Serxio Reqilon, 25. Fernando;

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA