Monçi: "Qarabağ" hər iki görüşdə bizə çətinlik yaratdı"

19 Sentyabr 2019 17:38 Avropa Liqası 535
Monçi: "Qarabağ" hər iki görüşdə bizə çətinlik yaratdı"

"Sevilya"nın idman direktoru Pablo Monçi "Qarabağ"la oyun haqqında fikirlərini bildirib. Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, komandada əhval-ruhiyyənin yüksək olduğunu bildirib.

Monçi "Roma"da işləyərkən Azərbaycan çempionuna qarşı keçirdikləri oyunları xatırlayıb: "

"Roma"da çalışarkən Bakıda 2:1 hesabı ilə qələbə qazanmışdıq. İtaliyada isə 1:0 hesabı qeydə alınmışdı. "Qarabağ" hər iki görüşdə bizə çətinlik yaratdı. Tanınmayan bir çempionatda iştirak edə bilərlər. Amma futbolçularını təhlil etsəniz, sizə həyatı necə çətinləşdirdiklərini görərsiniz. Əlbəttə, "Sevilya" daha güclüdür, amma bu heç nə demək deyil".

Monçi Avropa Liqasına uğurlu start vermək istədiklərini deyib: "Qrupdakı gələcək vəziyyət üçün uğurlu başlanğıc önəmlidi. Böyük klublar arxayınlaşdıqda və kiçik komandalar yaxşı motivasiya olunduqda güclər bərabərləşir. Arxayınlaşmamağa, son oyunlardakı performansı davam etdirməyə ümid edirik. Bakıda təəccübləndirməməyə çalışacağıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA