Xulen Lopetegi: "Yalnız bir ata minmək istəyirik"

18 Sentyabr 2019 18:40 Avropa Liqası 583
Xulen Lopetegi: "Yalnız bir ata minmək istəyirik"

"Sevilya"nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah Bakıda "Qarabağ"la oynayacaqları matç öncəsi mətbuat konfransı keçirib. Sportinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə İspan klublarının Azərbaycan təmsilçiləri ilə qarşılaşdığı oyunlar haqda sualı cavablandırıb.

- Daha öncə “Atletik” və “Atletiko” klubları Bakıda qalib gələ bilməyib. Bu barədə məlumatınız var? Bu, sizin üçün nə deməkdir?

- Əlbəttə, bura gələn klublar haqda məlumatım var. Bu faktı bilirəm. "Qarabağ"da güclü yerli və legioner futbolçular var. “Qarabağ” digər Avropa klublarının da işlərini çətinləşdirib.

- Sizin üçün Bakıdan məğlubiyyət və ya heç-heçə ilə ayrılmaq nə demək olacaq?

- Çətinliklərə baxmayaraq, qalib gələcəyimizə inanırıq. “Qarabağ”ı güclü klub hesab edirik.

- “Sevilya”nın həftəsonu “Real”la oyunu var. Bəzi futbolçuları ehtiyatda saxlaya bilərsiniz?

- Bizim üçün bir oyun var. Ancaq “Qarabağ”ı düşünürük.

- Sabah heyətdə dəyişikliklər olacaq?

- Bütün futbolçular tam hazırdır. Qərarımızı sabah verəcəyik. Dəyişikliklər mümkündür.

- Yalnız sabahkı oyunu düşünürsünüz, yoxsa digər matçları da fikirləşirsiniz?

- Bir oyunu düşünürük. Digər matçları fikirləşə bilmərik. Bütün enerjimizi “Qarabağ”la oyuna sərf edəcəyik.

- “Real”la matç da beyninizdədir?

- Bütün atlara birdən minmək mümkün deyil. Yalnız bir ata minmək istəyirik. Bütün diqqətimizi sabahkı görüşə yönəltmişik.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA