"Qarabağ"ın hücumçusu Mahir Emrelinin Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah "Sevilya"ya qarşı oynamayacağı dəqiqləşib.
Sportinfo.az-ın məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov matç öncəsi mətbuat konfransında deyib. O bildirib ki, futbolçunun durumu yaxşı deyil və böyük ehtimalla, oynamayacaq.
Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:55-də başlayacaq.

