COP29

"Qarabağ"ın ən təhlükəli oyunçusu Mahir Emrelidir" - İspaniya mətbuatı

18 Sentyabr 2019 15:06 Avropa Liqası 411
"Qarabağ"ın ən təhlükəli oyunçusu Mahir Emrelidir" -  İspaniya mətbuatı

İspaniya mətbuatında Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində sabah Bakıda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu haqda növbəti təhlil xarakterli yazı çıxıb.

Sportinfo.az "La Colina De Nervion" saytına istinadən xəbər verir ki, məqalədə Ağdam klubunun heyətində La Liqa təmsilçisinə çətinlik yaşada biləcək futbolçulardan söz açılıb:

"Sevilya" ilə müqayisədə "Qarabağ"ın avrokubok təcrübəsi elə də zəngin deyil. Amma heyətində təcrübəli oyunçuları var. Məsələn, "Bornmut" və "Çelsi"nin sabiq qapıçısı Asmir Beqoviç. Bu komandada ispan oyunçular da çıxış edir: Miçel, Dani Kintana və Xayme Romero. Hər üçü əsas heyət üzvüdür.

"Miçel" "Xetafe"də oynayıb, artıq 4 mövsümdür "Qarabağ"dadır. Dani də kifayət qədər ciddi komandaların formasını geyinib. Xayme isə yeni transferdir. Daha əvvəl "Kordoba"nın şərəfini qoruyub. Məhz Dani və Xayem "Sevilya" üçün təhlükəli oyunçulardır. Dani bu mövsüm bir, Xayme isə iki qol vurub.Gənc İsmayıl İbrahimlinin hesabında 3 qol var. Komandanın ən təhlükəli oyunçusu Mahir Emreli isə iki qol vurub, dörd məhsuldar ötürmə edib".

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" oyunu saat 20:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti