"Qarabağ", "Qarabağ", "Qarabağ"! - "Sevilya"nın prezidenti

18 Sentyabr 2019 13:08 Avropa Liqası 574
"Qarabağ", "Qarabağ", "Qarabağ"! -

"Real"? Hazırda bütün fikrim qarşıdakı oyundadır. "Qarabağ", "Qarabağ", "Qarabağ"! Bu komandadan başqa heç nə düşünmürəm. "Real"la oyuna hələ vaxt var".

Sportinfo.az xəbər verir ki, bu sözləri "AS" nəşrinə açıqlamasında "Sevilya"nın prezidenti Xose Kastro deyib. Avropa Liqasının qrup mərhələsində sabah Bakıda "Qarabağ"la keçirəcəkləri oyun haqda fikirlərini bölüşən klub prezidenti Azərbaycan təmsilçisini ciddiyə almalı olduqlarını bildirib:

"Əgər bu gün "Qarabağ" öz liqasında liderdirsə, deməli, nəyəsə qadirdir. İki mövsüm öncə "Atletiko"nun Çempionlar Liqasında mübarizəni dayandırmasının əsas səbəbkarı olublar. Bu səbəbdən meydanda maksimum gücümüzü ortaya qoymalıyıq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA