AS "Qarabağ"dan yazdı: "Ağdam ruhlar şəhəridir"

18 Sentyabr 2019 12:12 Avropa Liqası 479
AS "Qarabağ"dan yazdı: "Ağdam ruhlar şəhəridir"

İspaniyanın nüfuzlu AS nəşri Avropa Liqasının qrup mərhələsinin I turu çərçivəsində keçiriləcək “Qarabağ” – “Sevilya” oyunu ilə bağlı yazı dərc edilib.

Sportinfo.az xəbər verir ki, məqalədə Azərbaycan çempionunun təmsil etdiyi Ağdam şəhəri Qafqazın Xirosiması kimi təqdim olunub:

“Cümə axşamı Tofiq Bəhramov adına Respublika stadionunun tribunalarında yer alan azarkeşlərin çoxu Qarabağ müharibəsi nəticəsində öz evlərini tərk edənlər, onların övlad və nəvələri olacaq.

“Qarabağ” 26 ildir ev oyunlarını təmsil etdiyi şəhərdən 250 km (əslində, məsafə 378 km-dir-red.) uzaqda keçirir. Ağdam - Qafqazın Xirosiması, ruhlar şəhəridir. İndi orada “İmarət” stadionunun xarabalıqlarını görə bilərsiniz.

“Qarabağ” təsis olunduğu 1951-ci ildən bəri, qanlı Azərbaycan - Ermənistan müharibəsi 40 min insanı oradan çıxmağa vadar edənə qədər ev oyunlarını orada keçiriridi. Həmin şəxslərin çoxu indi paytaxtda məskunlaşıblar”.

Məqalədə bildirilir ki, 2008-ci ildə Qurban Qurbanovun baş məşqçi postuna gəlişindən sonra “qaçqınların klubu” olan “Qarabağ”da yüksəliş dövrü başlayıb:

“Artıq komanda Azərbaycanda dominatlıq edir, ardıcıl 6 mövsümdür avrokuboklarda qrupa düşür. “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk və hələlik yeganə Azərbaycan təmsilçisidir.

Onlar ötən bazar əsas rəqibləri “Neftçi”ni asanlıqla məğlub etdilər. “Qarabağ” Ağdamdan didərgin düşərək bölgələrdə məskunalaşanların “Atletiko” və digər oyunlara rahat gələ bilmələri üçün 2017/2018 mövsümündə birbaşa avtobuslar təşkil etmişdi. Onlar üçün “Qarabağ” bir futbol komandasından çoxdur”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA