"Ən yaxşımız Xayme Romerodur"- Miçel

18 Sentyabr 2019 11:45 Avropa Liqası 464
"Ən yaxşımız Xayme Romerodur"- Miçel

"Qarabağ"ın ispaniyalı yarımmüdafiəçisi Miçel Madera AS nəşrinə müsahibə verib. Sportinfo.az xəbər verir ki, 33 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah Bakıda "Sevilya" ilə keçirəcəkləri oyundan danışıb.

- Artıq 4 ildir Azərbaycandasız. "Qarabağ"da işləriniz necə gedir?

- Burada 4-cü mövsümümü keçirirəm. Gələn il 5 olacaq. Komandada mənim üçün hər şey rahatdır. Eyni zamanda Bakıda. Çox müasir şəhərdir. Düşünürəm ki, sevilyalılar da buranı görüb, yaxşı mənada təəccüblənəcəklər.

- Bəs "Qarabağ" necə, bizi təəccübləndirəcək?

- Ola bilər. Rəqibdən bir az geri qalırıq. Bu da normaldır. Çünki Azərbaycanda futbol yeni-yeni inkişaf edir. Hər il avrokuboklarda təsnifat mərhələsində oyunlar keçirib, qrupa düşmək asan deyil. Amma "Fiorentina", "Roma", "Atletiko", "Tottenhem", "Arsenal" və "Monako" kimi komandalarla oyun təcrübəmiz var. Yaxşı nəticələr qazanmışıq. "Sevilya"ya da çətinlik yaşada bilərik.

- Bunu edə bilmək üçün arqumentləriniz var?

- "Qarabağ"ın təhlükəli oyunçuları var. Mən keyfiyyəti nəzərdə tuturam. Məsələn, biz ispanlar - Kintana və mən. Ən yaxşımız isə Xayme Romerodur. "Kastilya" və "Kordoba"nın sabiq üzvü. Təcrübəli futbolçudur. Baş məşqçimiz Qurban Qurbanov isə komandanın müəllimi və fenomenidir.

- Azarkeşlər də bizi təəccübləndirə bilər?

- Düşünürəm ki, stadion dolacaq. Avrokubok matçlarımıza çox adam gəlir. Ev oyunumuzu keçirdiyimiz "Tofiq Bəhramov" stadionu 30 min azarkeş tutumuna malikdir. Sabah anşlaq gözlənilir. Azarkeşlərimiz olduqca vətənpərvərdir. Ona görə də beynəlxalq qarşılaşmalar zamanı stadiona axın edirlər. Hər il onların bizə sevgisi daha da artır. Amma narahat olmayın, fanatlarımız çox mədənidirlər. Heç bir problem olmayacaq.

- "Sevilya" haqda nə deyə bilərsiz?

- "Sevilya" dünya səviyyəli komandadır. Bunu hamı bilir. Klubun 5 dəfə Avropa Liqasının qalibi olması da bunu sübut edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA