"Qarabağ"a qarşı oyun heç də asan olmayacaq"

16 Sentyabr 2019 13:15 Avropa Liqası 502
"Qarabağ"a qarşı oyun heç də asan olmayacaq"

"Lider olmaq xoşdur. Bunun üçün biz çox çalışırıq və qalib gəlirik".

Sportinfo.az xəbər verir ki, bu sözləri “Sevilya”nın yarımmüdafiəçisi Nemanya Qudel deyib.

2015-2017-ci illərdə "Ayaks"da oynamış serbiyalı futbolçu La Liqanın 4-cü turu çərçivəsində keçiriləcək “Sevilya” – “Alaves” oyunundan sonra klubun rəsmi saytına açıqlama verib. 27 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə ehtiyatlı danışıb: "Hazırda Primeroda liderik. Amma bu mövqeyi qorumaq üçün hər turda qalib gəlməliyik.

Əlbəttə, Avropa Liqasının bütün oyunlarına da qələbə üçün çıxacağıq. İlk görüşümüz Bakıda olacaq. "Qarabağ"a qarşı oyun heç də asan olmayacaq".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA