"Bakıda qalib gəlmək üçün..."

16 Sentyabr 2019 12:44 Avropa Liqası 942
"Bakıda qalib gəlmək üçün..."

"Sevilya"nın yarımmüdafiəçisi Fernando La Liqanın 4-cü turu çərçivəsində “Alaves”ə (1:0) qarşı keçirilən görüşdən sonra Avropa Liqasının qrup mərhələsindəki rəqiblərinədn “Qarabağ” haqda danışıb. O, Bakıda keçiriləcək görüş barədə fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu Avroliqanın ilk turu haqda bunları deyib: “Mövsümə çox yaxşı start vermişik.

Bunun davamını gətirməliyik, hər oyunda qalib gəlmək lazımdır. Düşünürəm ki, hamımız Avropa Liqasının startına hazırıq. Komanda çox yaxşı işləyir. Ümidvaram ki, yaxşı oynamağa davam edəcəyik. Bakıda qalib gəlmək üçün yaxşı oynamağam davam etməliyik".

Digər Xəbərlər
Xəbər Lenti
11 Oktyabr 20:10 Çək və bizə göndər!