"Bakı çox uzaq olsa da, həvəslə gedirik" - Xulen Lopetegi

16 Sentyabr 2019 11:18 Avropa Liqası 479
"Bakı çox uzaq olsa da, həvəslə gedirik" -  Xulen Lopetegi

Bu həftə start götürəcək Avroliqanın qrup mərhələsində "Sevilya" ilk görüşünü Bakıda "Qarabağ"a qarşı keçirəcək.

Sportinfo.az İspaniya mətbuatına istinadən xəbər verir ki, hazırda 4 turdan sonra La Liqada lider olan Andalusiya klubu artıq təmsilçimizlə oyun haqda düşünür.

Bunu yerli jurnalistlərə açıqlamasında sevilyalıların baş məşqçisi Xulen Lopetegi deyib. Primeronun son turunda səfərdə "Alaves"ə qalib gələrək (1:0) liderliyə yüksələn klubun çalışdırıcısı əvvəlcə bu oyun haqda danışıb:

"Çətin bir rəqibə qarşı yaxşı oynadıq. Zəhmət çəkdik, layiq olduğumuz qələbəni qazandıq. Artıq bu qarşılaşmanı yaddan çıxarmışıq.

Avropa Liqasında ilk matçımız olacaq. Bakı çox uzaq olsa da, həvəslə gedirik. Bakı səfəri öncəsi hər şeyi yaxşılaşdırmalıyıq. Bizi çətin oyun gözləyir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA