“Qarabağ”dan “Sevilya” üçün satış

13 Sentyabr 2019 09:14 Avropa Liqası 652
“Qarabağ”dan “Sevilya” üçün satış

Azərbaycan çempionu “Qarabağ” sentyabrın 19-da Avropa Liqasının qrup mərhələsi çərçivəsində ilk ev oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu doğma meydanda İspaniya təmsilçisi “Sevilya”nı qəbul edəcək.

Artıq bu qarşılaşma üçün biletlər də satışa çıxarılır. “Qarabağ”ın mətbuat xidmətinin yaydığı məlumata görə, azarkeşlər bugündən etibarən bu matçın biletlərini əldə edə biləcəklər.

Amma biletlərin satış nöqtələri və qiyməti barədə hələlik məlumat verilmir. “Qarabağ” - “Sevilya” matçı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA