"Qarabağ"ın əsas rəqibi: "Çiçarito" gəldi, müdafiəçi getdi - FOTOLAR

2 Sentyabr 2019 18:46 Avropa Liqası 668
"Qarabağ"ın əsas rəqibi: "Çiçarito" gəldi, müdafiəçi getdi - FOTOLAR

"Qarabağ"ın Avroliqanın qrupundakı rəqibi "Sevilya" transfer pəncərəsinin son günündə heyətə əl gəzdirməkdə davam edir.

Sportinfo.az xəbər verir ki, hücum xəttini Xavyer Ernandeslə gücləndirən Andalusiya klubu qapı xəttinə Yassin Bununu gətirib.

İspanlar meksikalı forvardla 3 illik, 28 yaşlı qolkiperlə 1 illik müqavilə bağlayıblar. "Sevilya" müdafiə xəttindən Simon Kyaeri isə "Atalanta"ya mövsümün sonuna qədər icarəyə verib.

Avroliqanın A qrupunda yer alan "Qarabağ"la "Sevilya"nın ilk qarşılaşması sentyabrın 19-da Bakıda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA