"Qarabağ"ın büdcəsi 16 milyon avrodur?

2 Sentyabr 2019 10:30 Avropa Liqası 1 347
"Qarabağ"ın büdcəsi 16 milyon avrodur?

“Qarabağ” bu mövsüm yenə Avropa Liqasının qrup mərhələsində mübarizə aparmaq hüququ qazanıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi A qrupunda İspaniyanın “Sevilya”, Kiprin APOEL v Lüksemburqun “Düdelanj” klubları ilə qarşılaşacaq.

Sözügedən klubların büdcələri müqayisə olunub. “Transfermarkt” tərəfindən təqdim olunan faktlara görə, “Sevilya” bu qrupda büdcəsinə görə ən nəhəng klubdu.

İspaniya klubunun futbolçuları bütövlükdə 266 milyon avro dəyərindədi. APOEL ikinci yerdə qərarlaşıb. Kipr təmsilçisinin büdcəsinin 23 milyon avro olduğu bildirilir.

“Qarabağ” bu göstəriciyə görə üçüncü yerdə qərarlaşıb. Ağdam klubunun büdcəsi 16 milyon avrodu. A qrupunun ən “kasıb”ı isə “Düdelanj”dı – 4 milyon avro.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA