"Ağdam şəhərinə məxsus klub çox sirrlidir" - Lüksemburq mətbuatı

31 Avqust 2019 17:27 Avropa Liqası 1 230
"Ağdam şəhərinə məxsus klub çox sirrlidir" - Lüksemburq mətbuatı

Lüksemburq mətbuatında "Düdelanj"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə yazı dərc olunub.

Sportinfo.az xəbər verir ki, məqalədə qrupdakı hər 3 komanda haqqında ayrıca məqamlar qeyd edilsə də, Ağdam təmsilçisi barədə bir qədər ətraflı danışılıb.

"Sevilya"nı qrupun aşkar favoriti hesab edən luksemburqlular "Qarabağ" və APOEL-i ön plana çəkiblər: "Sevilya" haqqında uzun-uzadı danışmağın mənası yoxdur. Demək olar, heyəti tamam yenilənmiş komanda qrupun bir nömrəli favoritidir.

Sadəcə, bizim "Qarabağ" və APOEL-lə də yaxşı xatirələrimiz olmayıb. Çempionlar Liqasında ayrı-ayrı vaxtlarda bu klubların hər ikisi ilə qarşılaşmalarda uduzmuşuq. Ona görə istər kiprlilər, istərsə də azərbaycanlılardan çəkinmək lazımdır.

2019-cu ilin yayında "Qarabağ" ardıcıl 7-ci dəfə Azərbaycan çempionu adını qazanıb. Ağdam şəhərinə məxsus klub çox sirrlidir. Ev oyunlarını Bakıda, 31 minlik arenada keçirirlər. Yeni mövsümə də yaxşı başlayıblar, Premyer Liqada oynadıqları 2 matçdan 6 xal götürüblər. "Düdelanj"ın işi çox çətin olacaq".

"Qarabağ" Lüksemburq klubu ilə 2016-ci ildə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində qarşılaşıb (2:0, 1:1) və Bakıdakı qələbə ilə mərhələ adlayıb. "Düdelanj" bir il sonra yenə Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində mübarizəni dayandırıb - bu dəfə APOEL-lə duellərdən (0:1, 0:1) sonra.

Qurban Qurbanovun komandası "Düdelanj"la oktyabrın 3-də səfərdə, dekabrın 12-də Bakıda üz-üzə gələcək.

Elvin

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA