"Çiçarito" Bakıya gələ bilər

31 Avqust 2019 15:33 Avropa Liqası 1 072
"Çiçarito" Bakıya gələ bilər

"Vest Hem"in hücumçusu Xavyer Ernandes karyerasını İspaniyada davam etdirə bilər.

Sportinfo.az Marca-ya istinadən xəbər verir ki, 31 yaşlı meksikalı forvard La Liqa təmsilçisi "Sevilya" ilə müqavilə bağlayacaq. .

"Çiçarito" ləqəbli forvardın sabah İspaniya klubunda tibbi müayinədən keçib rəsmi müqavilə bağlayacağı gözlənilir. İddiaya görə, 3 illik razılaşma üçün "Sevilya" 10 milyon avro xərcləyəcək.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində ilk oyununu sentyabrın 19-da Bakıda "Sevilya"ya qarşı keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA