Qurban Qurbanov rəhbərlikdən 4 transfer istədi

31 Avqust 2019 18:00 Avropa Liqası 2 035
Qurban Qurbanov rəhbərlikdən 4 transfer istədi

Avropa Liqasının qrup mərhələsinin püşkatmasından sonra "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov rəhbərliklə görüşüb.

Sportinfo.az-ın məlumatına görə, Avroliqanın qrup mərhələsinin müzakirəsi zamanı baş məşqçi rəhbərlikdən 4 transfer istəyib.

Qurbanov bildirib ki, əgər qarşıya qrupdan çıxmaq hədəfi qoyulubsa, qapı xətti, müdafiə, yarımmüdafiə və hücumun mərkəzinə yeni oyunçular alınmalıdır.

Qapıdakı problemi İbrahim Şehiçlə həll edən ağdamlıların transfer pəncərəsi bağlanana qədər digər mövqeləri də gücləndirə biləcəyi istisna olunmur.

Bundan əlavə, çalışdırcının rəhbərlikdən daha bir xahişi olub. O, komandanı tərk etməsi gündəmdə olan Abdullah Zubirlə Mahir Emrelinin satılmasını istəmədiyini deyib.

"Qarabağ" Avroliqada "Sevilya", APOEL və "Düdelanj"la A qrupunda mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA