APOEL 3 futbolçunu yola salır

31 Avqust 2019 16:50 Avropa Liqası 841
APOEL 3 futbolçunu yola salır

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan APOEL-də islahatlara başlanıb.

Sportinfo.az xəbər verir ki, Nikosiya təmsilçisi Çempionlar Liqasında yoluna davam etmədiyindən, rəhbərlik bir neçə əcnəbi oyunçu ilə yollarını ayırmaq qərarına gəlib.

Artıq 3 futbolçunun komandanı tərk edəcəyi gözlənilir. Bunlar qapıçı Rafael Romo, müdafiəçi Kevin Lafrens və hücumçu Reza Qoçannejaddı.

Rəhbərlik müvafiq olaraq venesuelalı, haitili və iranlı oyunçuya bu qərarını açıqlayıb və millilərində çıxış edən futbolçulara özlərinə klub tapmaq tapşırığı verib.

"Qarabağ" A qrupunda APOEL-lə yanaşı, "Sevilya" və "Düdelanj"la mübarizə aparacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA