"Qarabağ" "Sevilya" ilə heç-heçə etsə, sevinməlidir"

31 Avqust 2019 15:01 Avropa Liqası 869
"Qarabağ" "Sevilya" ilə heç-heçə etsə, sevinməlidir"

"Daha çətin qrupa düşə bilərdik".

Sportinfo.az xəbər verir ki, bunu APOEL-in mətbuat xidmətinin rəhbəri Nektarios Petevinos deyib.

"Qarabağ", APOEL, "Sevilya" və "Düdelanj" A qrupunda yer alacaqlar. Klub rəsmisi Kipr mətbuatına açıqlamasında Avropa Liqasında düşdükləri qrupu dəyərləndirib.

Petevinos "Sevilya"nın favorit olduğunu etiraf edib: "Elə bir qrupdu ki, 3 komanda ikincilik uğrunda yarışacaq.

Çünki "Sevilya" qrupun aşkar favoritidi. Biz planetin ən güclü 4 liqasından birindən gələn komandadan danışırıq.

APOEL, "Qarabağ" və "Düdelanj" bu komanda ilə heç-heçə etsələr belə, sevinməlidilər. "Sevilya" istinsna olmaqla, digər klubların şansları 50/50-yədi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA