“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının (Əvvəlki adı UEFA Kuboku) ən çox oyun keçirən futbolçuları siyahısındadır.
Sportinfo.az xəbər verir ki, “Linfild”ə qarşı pley-off mərhələsinin cavab görüşü 37 yaşlı müdafiəçi üçün bu turnirdə 62-ci oyun olub.
Təsnifat mərhələləri də daxil olmaqla nəzərə alınan statistikada Sadıqov 23-26-cı yerləri bölüşür. Salim Toama, Yoris Matiysen, Aleksandr Anyukov və Martin Şkrtel də eyni göstəriciyə malikdir.
2001-ci ildə bu turnirdə debüt edən Rəşad 62 matçın 57-ni “Qarabağ”, 4-nü “Neftçi”, 1-ni isə "Kayserispor"da (Türkiyə) keçirib.
Sadıqov qrup mərhələsinin 6 oyununda meydana olsa, ilk “15-liy”ə düşə bilər. Turnir tarixinin ən çox oyun keçirən futbolçusu “İnter”in əfsanəvi müdafiəçisi Cüzeppe Berqomidir. O, 96 matçda iştirak edib.

