"Qarabağ"a 3 qol vuran hücumçu milli komandaya çağırıldı

31 Avqust 2019 11:44 Avropa Liqası 783
"Qarabağ"a 3 qol vuran hücumçu milli komandaya çağırıldı

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olmuş “Linfild”in hücumçusu Şeyn Leyveri milli komandaya dəvət alıb.

Sportinfo.az xəbər verir ki, Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl O'Nil zədəli Pol Smitin əvəzinə heyətə onu daxiledib.

21 yaşlı hücumçu bu mövsüm Avroliqada uğurlu oyunu ilə diqqət çəkib, Ağdam klubuyla 2 oyunda 3 qol vurub.

Şimali İrlandiya sentyabrın 5-i Lüksemburqla yoxlama, sentabrın 9-u isə AÇ-2020-nin qrup mərhələsi çərçivəsində Almaniya ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA