"Sevilya"nın baş məşqçisi "Qarabağ" haqqında nə dedi?

31 Avqust 2019 10:18 Avropa Liqası 826
"Sevilya"nın baş məşqçisi "Qarabağ" haqqında nə dedi?

"Sevilya"nın baş məşqçisi Xulen Lopetegi Avropa Liqasının qrup mərhələsinin püşkünü dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, 53 yaşlı mütəxəssis A qrupunda qarşılaşacaqları rəqiblərin hər birini dərindən təhlil edəcəklərini bildirib.

Lopetegi bunun üçün vaxtlarının olduğunu söyləyib: "APOEL Çempionlar Liqasının son yarımfinalçısı olan "Ayaks"a müqavimət göstərdi.

"Qarabağ" isə iki il əvvəl "Atletiko"nu Çempionlar Liqasında büdrətdi. Avropada hər bir oyun 3 xal deməkdir və biz təslim ola bilmərik. Elə rəqiblər var ki, işimizi çətinləşdirə bilər. Heç yerdə asan komanda yoxdur".

Avropa Liqasının A qrupunda "Sevilya", APOEL və "Qarabağ"dan əlavə, Lüksemburq "Düdelanj"ı da yer alıb.

Qrup mərhələsinə sentyabrın 19-da start veriləcək. İlk turda APOEL "Düdelanj"ı, "Qarabağ" "Sevilya"nı qəbul edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA