"Qarabağ"ın qrupdan çıxmaq üçün yaxşı şansı var" - Yurçeviç

30 Avqust 2019 17:01 Avropa Liqası 1 225
"Qarabağ"ın qrupdan çıxmaq üçün yaxşı şansı var" - Yurçeviç

Milli komandamızın baş məşqçisi Nikola Yurçeviç Avropa Liqasının qrup mərhələsinin püşkatmasının nəticəsini dəyərləndirib.

Xorvatiyalı mütəxəssis Sportinfo.az saytına açıqlamasında Ağdam klubunun qrupdan çıxmaq üçün yaxşı şansı olduğunu bildirib:

"Çox yaxşı qrupdur. 4 komanda arasında ən gücülüsü "Sevilya"dır və aşkar favoritdir. "Qarabağ" APOEL-lə ikinci yer uğrunda mübarizə aparacaq. "Düdelanj" isə ortabab komandadır. Hamı, elə "Qarabağ" özü də püşkün nəticəsindən razı qala bilər. Qrupdan çıxmaq üçün yaxşı şans var".

Digər Xəbərlər
Xəbər Lenti