Bu dəqiqələrdə Monakoda UEFA Avropa Liqasının 2019/2020-ci illər mövsümünün qrup mərhələsinin püşkatma mərasimi keçirilir.
Sportinfo.az xəbər verir ki, UEFA tədbirdən öncə ötən mövsüm üçün yarışın ən yaxşı futbolçusunu seçib.
Mükafatı Bakı finalında "Çelsi"nin heyətində "Arsenal"a qarşı oynamış və qol vurmuş, hazırda isə "Real"ın hücumçusu olan Eden Azar qazanıb.
Namizədlər arasında onun keçmiş komanda yoldaşı Olivye Jiru və hazırkı komanda yoldaşı - sabiq "Ayntraxt"lı Luka Yoviç də var idi.

