“Qarabağ”ın bu qələbəsinin siyasi əhəmiyyəti böyükdür"

30 Avqust 2019 17:15 Avropa Liqası 700
“Qarabağ”ın bu qələbəsinin siyasi əhəmiyyəti böyükdür"

“Qarabağ”ın qələbəsi informasiya müharibəsinə böyük töhfədir".

Sportinfo.az xəbər verir ki, bunu AFFA-nın I vitse-prezidenti Rauf Əliyev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı təbrik məktubunda bildirib.

Federasiya rəsmisi bu qələbənin milyonlarla futbol azarkeşinə, Azərbaycan vətəndaşına sevinc bəxş etdiyini vurğulayıb:

“Bu qalibiyyət böyük siyasi əhəmiyyətə malikdir və son vaxtlar Ermənistan rəhbərliyinin Xankəndində verdiyi sərsəm bəyanatlara tutarlı cavabdır.

Komandamızın Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi Qarabağ həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı Azərbaycanın Ermənistana qarşı apardığı informasiya müharibəsinə böyük töhfədir.

“Qarabağ” bütün dünyada Azərbaycanı təmsil edir. Bu qələbə münasibəti ilə komandanın üzvlərini, məşqçi heyətini, klub rəhbərliyini təbrik edir, növbəti oyunlarda uğurlar arzulayıram. Eyni zamanda, Azərbaycan ictimaiyyətini “Qarabağ”a hərtərəfli dəstək göstərməyə çağırıram".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA