Bu gün Bakı vaxtilə saat 15:00-da Avroliqanın 2019/2020-ci illər mövsümü üçün qrup mərhələsinin püşkü atılacaq.
Sportinfo.az xəbər verir ki, Monakoda keçiriləcək tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da qrupdakı rəqibləri məlum olacaq.
Püşkatmadan öncə isə UEFA ötən mövsüm üçün yarışın ən yaxşı futbolçusunu müəyyənləşdirəcək. Mükafata 3 namizəd var. Bunlar Bakıda keçirilən son finalçılar - "Çelsi"nin üzvləri - Olivye Jiru, Eden Azar və "Ayntraxt"dan Luka Yoviçdir. Son ikisi hazırda "Real"ın formasını geyinir.

