“Qarabağ”a gələndə avrokuboklarda oynamaq istəyirdim"

29 Avqust 2019 23:44 Avropa Liqası 1 156
“Qarabağ”a gələndə avrokuboklarda oynamaq istəyirdim"

“Qarabağ”ın ispaniyalı yarımmüdafiəçisi Xayme Romero Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Linfild”ə qarşı keçirdikləri cavab oyunundan (2:1, ilk oyun 2:3) sonra sualları cavablandırıb.

Sportinfo.az xəbər verir ki, komandasının ilk qolunu vuran legioner öncə bunları söyləyib:

- Doğrudan da çətin oldu. Rəqib qapansa, çətin oyun alınır. Müdafiəni yarmaq asan olmur. Bəxtimiz gətirdi ki, erkən qol vurduq. Bu da bizə kömək etdi.

- Erkən qoldan sonra nə üçün qolların ardı gəlmədi?
- 1:0 hesabı ilə qalib gəlməyimiz demək olar ki, onlar üçün heç nəyi dəyişmirdi. Düşünürdülər ki vurduqları bir qol vəziyyəti xeyirlərinə dəyişəcək. Eyni vəziyyətdə oynamağa davam edirdilər. Qapanmışdılar və əks-hücuma bel bağlamışdılar.

- “Qarabağ”da istədiyin məqsədinə çatdın? Yoxsa hədəfin Çempionlar Liqasının qrupu idi?
- “Qarabağ”a gələndə avrokuboklarda oynamaq istəyirdim. Əvvəlcə ÇL-də inamla irəlilədik. Davam edə bilərdik. Bu gün Çempionlar Liqasında olmamağımızı bəxtsizliklə əlaqələndirərdim. Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandıq. Buna layiq idik.

- Qrup mərhələsində “Sevilya” və “Xetafe”də mübarizə aparacaq. Ölkənin komandaları ilə eyni qrupda mübarizə aparmaq istərdin?
- Maraqlı olardı İspaniya klublarına qarşı oynamaq. Qrup mərhələsindəyik, buna layiq idik. Çox maraqlı keçəcək.

- Çempionatda 200-300 azarkeş olur, ancaq avrokubok matçlarında 15-30 min azarkeş önündə oynayırsan. Sənə qəribə gəlmir?
- Bir az təəccüblü gəlir. Əsas odur ki, Avropada keçirdiyimiz oyunlarda bizə dəstək olurlar. Çalışacağıq ki, ümidlərini doğruldaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA