"Qarabağ" ən yeni tarixi 2 qolla yazdı - VİDEO

29 Avqust 2019 22:36 Avropa Liqası 831
"Qarabağ" ən yeni tarixi 2 qolla yazdı  - VİDEO

Sportinfo.az xəbər verir ki, "Qarabağ" 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

Azərbaycan təmsilçisi buna pley-off mərhələsində Şimali İrlandiya "Linfild"ini iki oyunun yekununda üstələyərək nail olub.

Belfastdakı ilk matçda 2:3 hesabı ilə uduzan Ağdam klubu Bakıdakı cavab görüşündə qələbəyə nail olub - 2:1.

Hesabı 6-cı dəqiqədə Xayme Romero açıb. 88-ci dəqiqədə Abdullah Zubir "Qarabağ"ın ikinci qolunu vurub.

"Linfild" uzatma dəqiqələrində təsəlli qolunu vurub. İki oyunun yekununda topların nisbəti bərabər olsa da, "Qarabağ" səfərdə daha çox qol vurduğu üçün mərhələ adlayıb.

"Qarabağ" 6-cı dəfə avrokuboklarda qrupa yüksəlib. Bunların birində Azərbaycan klubu Çempionlar Liqasında çıxış edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA