"Bu gecə "Linfild"in bəxtə də ehtiyacı olacaq" - baş məşqçi

29 Avqust 2019 18:58 Avropa Liqası 591
"Bu gecə "Linfild"in bəxtə də ehtiyacı olacaq" - baş məşqçi

"Devidlə söhbətimiz oldu və ona dedim ki, komandan bacardığı qədər oyunda qalmalı, nizam-intizamı itirməməlidir. Bunu edə bilsələr, futbolçularda inam aratacaq".

Sportinfo.az xəbər verir ki, bu sözləri Şimali İrlandiya millisinin baş məşqçisi Maykl O`nil yerli mətbuata açıqlamasında deyib. "Linfild"in Avropa Liqasının pley-off mərhələsinin "Qarabağ"la cavab oyunundakı şanslarını dəyərləndirən mütəxəssis həmyerlilərinin bəxtə ehtiyacı olduğunu bildirib:

"Bu gecə "Linfild" üçün əsas məsələlərdən biri də komandanın hesabda geri düşdükdən sonra buna necə reaksiya verəcəyi və özünə gəlməsidir. Bu, hər zaman ciddi problem olur. 8 il öncə, "Şemrok Rovers"in sükanı arxasında olarkən Belqradda "Partizan"a 2:1 hesabı ilə qalib gəlib, onları şoka salmışdıq. Halbuki həmin matçda qol epizodlarımız demək olar ki, yox idi. Hesabda geri idik, 0:1 uduzurduq. Bu vaxt sağ cinah müdafiəçimiz 30 metrdən əla zərbə ilə fərqləndi. Halbuki heç vaxt o məsafədən qol vura bilməzdi (gülür). Daha sonra əlimizə daha bir şans düşdü və 2-ci qolu vurub, qələbə qazandıq. "Linfild"in belə şeylərə, yəni, bəxtə də ehtiyacı olacaq".

O`nilin fikrincə, "Linfild"in bu mərhələyə gəlib çatması artıq uğurdur: "Onlar Pley-off-a düşməklə əla iş görüblər. Devidin etdikləri fantastikadır. Bu mənada komanda böyük hörmətə layiqdir. Düşünürəm ki, indi onlara ancaq hər şeyin ən yaxşısını arzulamalıyıq. Çünki "Qarabağ"ı keçsələr, bu, daha ciddi uğur sayılacaq. Mütləq oyunu izləyəcəm. Özü də maraqla".

"Qarabağ" - "Linfild" oyunu saat 20:00-da başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA