“Qarabağ” təxminən saatyarımdan sonra Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxacaq.
Sportinfo.az xəbər verir ki, çempionumuz Şimali İrlandiyanın “Linfild” kollektivini qəbul edəcək.
Ötən həftə Belfastda reallaşan ilk qarşılaşmada britaniyalılar 3:2 hesabı ilə qalib gəliblər.
Səfərdəki matçı cəza üzündən buraxan mərkəz müdafiəçisi Rahil Məmmədovla pleymeyker Riçard Almeyda sıraya dönüb. Həmçinin, zədəli sol cinah müdafiəçisi Ailton Silva və dayaq yarımmüdafiəçisi Simeon Slavçev meydana çıxmağa tam hazırdırlar. Digər mərkəz müdafiəçisi Bədavi Hüseynovla yarımmüdafiəçi Filip Ozobiçin zədəsi isə davam edir.
“Köhlən atlar” ən azı 2 top fərqli qələbə ilə yanaşı, 1:0 və 2:1 hesablı qalibiyyətlərlə yoluna davam edə bilər. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bunu bacarsa, ardıcıl 6-cı dəfə avrokubokda qrup mərhələsinə vəsiqə qazanacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun rusiyalı hakimlər briqadasına tapşırılıb. Matçın start fitini saat 20-də Sergey İvanov səsləndirəcək.

