"Qarabağ"ın formasını geyinmiş tanınmış oyunçulardan biri də Sergey Kravçenkodur. 2005-ci ildə Ağdam klubundan ayrılandan sonra "Dinamo"(Kiyev), "Dnepr" klublarında oynamış Ukrayna millisinin keçmiş yarımmüdafiəçisi hazırda "Dnepr-1" klubunda oynayır.
Sportinfo.az saytına danışan Kravçenko "Qarabağ"ın avrokuboklardakı çıxışı haqda danışıb: "Ümidvaram ki, "Qarabağ" Avropa Liqasının qrup mərhələsinə düşəcək. İlk görüşədə minimal hesabla uduzublar. Amma evdəki oyunda "Qarabağ" istədiyi nəticəni əldə edəcəyiniə inanıram. Çünki komandanın avrokuboklarda təcrübəsi böyükdür".
"Qarabağ" çox yaxşı komandadır. Daim avrokuboklarda iştirak etməsi, qruplara qalması yaxşı nəticədir. Qurban Qurbanov kimi yaxşı baş məşqçisi var. Mən onların uğurlu nəticələrinə görə sevinirəm".
Ukrayna millisinin sabiq üzvü 2005-ci ildə Ağdam klubunda 12 oyun keçirib, 3 qol vurub.

