Avropa Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib.
Sportinfo.az xəbər verir ki, təmsilçimiz "Qarabağ" da bu gün "Linfild"lə ikinci matça çıxıb. 2:1 hesabı ilə qalib gələn Ağdam klubu iki görüşün nəticəsinə əsasən Avroliqanın qrupuna vəsiqə qazanıb.
"Qarabağ"ın qrupdakı rəqibləri sabah keçiriləcək püşkatma mərasimindən sonra bilinəcək.
Avropa Liqası, pley-off mərhələsi, cavab oyunu
29 avqust
20:00. “Qarabağ” (Azərbaycan) - “Linfild” (Şimali İrlandiya) - 2:1
Qollar: Xayme Romeo, 6, Abdullah Zubir, 88 - Ş. Leyveri, 90+3
Baş hakim: Sergey İvanov (Rusiya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.
"Qarabağ": 13. Vaqner da Silva, 3.Ailton Silva, 4.Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov (k), 20.Riçard Almeyda, 8. Miçel, 17. Abdullah Zubir, 9. Xayme Romero, 11. Mahir Əmrəli, 99.Maqaye Qeye
Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 7. Araz Abdullayev, 30.Abbas Hüseynov, 23. Faysal Rerras, 10.Dani Kintana
"Linfild": 1. Roan Ferqyuson, 2. Mark Stafford, 6. Cimmi Kallaxer, 8. Bastyan Heri, 9. Coel Kuper, 14. Şeyn Leyveri, 16. Mettyu Klark, 20. Stefen Fallon, 22 Ceymi Malqryu (k), 31. Nayall Kuinn, 47. Kris Keysment.
Ehtiyat oyunçular: 40. Aleks Mur, 7. Endryu Uoteruort, 10. Cordan Stüart, 12. Kirk Millar, 17. Daniel Kirns, 23. Rayan Makqivern, 27. Endryu Mitçell.

