"Qarabağ "üçün gəldilər, Bakıya heyran qaldılar - FOTOLAR

29 Avqust 2019 15:54 Avropa Liqası 1 134
"Qarabağ "üçün gəldilər, Bakıya heyran qaldılar - FOTOLAR

Bu axşam “Qarabağ”la Avropa Liqasının pley-off mərhələsində qarşılşacaq “Linfild” klubunun rəsmi nümayəndələri və futbolçular Bakını gəzməyə çxıb.

Sportinfo.az klubun saytına istinadən xəbər verir ki, Şimali İrlandiya çempionu ümumilikdə Bakıya 20 oyunçu, 9 məşqçi və 2 rəhbər şəxslə gəlib.

Klubun rəsmi saytında Bakının oteldən görünən mavi dəniz mənzərəsini və mavi səması haqda deyilir:

“Hal-hazırda Bakıda hava istidir. Bura gözəl, kosmopolit, səs-küylü, həyat dolu və əlbəttə, Avropa Liqasının final oyununa ev sahibliyi etmiş bir şəhərdir”.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” –“Linfild” görüşü saat 20:00-da başlayacaq.









Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
24 May 01:50 Emrah PAŞA