“Bakı gözəldir, yoxsa “Qarabağ”ın oynadığı futbol?”

28 Avqust 2019 20:25 Avropa Liqası 900
“Bakı gözəldir, yoxsa “Qarabağ”ın oynadığı futbol?”

“Bizi çətin sınaq gözləyir” - Sportinfo.az xəbər verir ki, bunu “Linfild”in kapitanı Ceymi Malqryu deyib.

33 yaşlı yarımmüdafiəçi Avropa Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”la sabah keçiriləcək oyunöncəsi mətbuat konfransında fikirlərini bildirib.

Malqryu işlərinin çətin olacağını söyləyib: “Kiçik üstünlüyümüz var. Amma bu, çox da böyük əhəmiyyət kəsb etmir. Xüsusən də, “Qarabağ” kimi güclü komandaya qarşı”.

Futbolçu “Bakı gözəldi, yoxsa “Qarabağ”ın oynadığı futbol” sualını belə cavablandırıb: “Əla şəhərdir, gözəl insanları var. Gözləntilərimizi qarşıladı.

O ki qaldı oyuna, indiyə qədər qarşılaşdığımız ən çətin rəqiblərdən biri “Qarabağ”dır. Sabah da çətin olacaq və “Qarabağ”ın oyun səviyyəsini artıracağını düşünürəm”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti