Ozobiç: "Qrup mərhələsinə düşəcəyik"

28 Avqust 2019 13:50 Avropa Liqası 888
Ozobiç: "Qrup mərhələsinə düşəcəyik"

"Hələ ki, müalicə olunuram. Bir ay sonra həkim müayinəsinə yollanacam və zədəmin nə yerdə olduğunu biləcəm".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç deyib.

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin "Dandolk"la cavab oyununda zədələnən xorvatiyalı futbolçu nə vaxt məşqlərə başlayacağını bilmir: "Nə zaman məşqlərə başlayacağımı bilmirəm. İndidən bir söz demək çətindir. Həkim müayinə etdikdən sonra vəziyyətimə aydınlıq gələcək".

Ozobiç "Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin cavab qarşılaşmasında "Linfild"ə qalib gələcəyinə inandığını bildirib: "Səfərdə uduzmağımıza baxmayaraq, əminəm ki, "Linfild"i Bakıda məğlub edəcəyik. Avropa Liqasının qrup mərhələsinə düşəcəyimizə inanıram. Əminəm ki, komandamız yaxşı futbol göstərib, qələbə qazanacaq. Zədəli olmağıma baxmayaraq, qayıdanda əvvəlki kimi olacam. İnanıram ki, hər şey yaxşı olacaq və komandama kömək edə biləcəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti