"Ndlovu, Qeye yox, öz yetirmələrimiz oynasın"

28 Avqust 2019 12:40 Avropa Liqası 1 298
"Ndlovu, Qeye yox, öz yetirmələrimiz  oynasın"

"İnşallah, "Qarabağ" "Linfild"i keçəcək. Onlar gözəl oyun göstərib, azarkeşlərimizi sevindirəcək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın sabiq futbolçusu Azər Cabbarov deyib.

Vaxtilə Ağdam təmsilçisinin formasını geyinmiş Cabbarov Şimali İrlandiya klubunun müdafiə futboluna üstünlük verəcəyini söyləyib: "Futboldur, hər şey ola bilər. Məncə, "Linfild" açıq futbol oynamayacaq, onlar müdafiədə oturacaq. Hər halda "Qarabağ"ı əks-hücumda tutmağa çalışacaqlar. Bütün bunlara baxmayaraq, "Qarabağ"ın "Linfild"ə qalib gələcəyini düşünürəm".

Veteran futbolçu legionerlərdənsə, daha çox yerli gənclərə üstünlük verməyin daha yaxşı olduğunu bildirib: "Əvəzolunmaz oyunçu yoxdur. Çox istəyərdim ki, Dino Ndolovu, Maqaye Qeyenin əvəzinə öz yetirmələrimiz oynasın. Gənc oyunçularımızı meydanda görmək istəyərdim. Gənclərimizi öncə Premyer Liqada oynatmaq lazımdır, daha sonra avrokuboklarda şans vermək olar. Ümumiyyətlə, gənclərimizə şans vermək mütləqdir. Klublarımız uşaq futboluna daha çox diqqət yetirsələr, yaxın illərdə gənc oyunçularımızı da meydanda görə bilərik".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti