Avropa Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq “Qarabağ” - “Linfild” qarşılaşmasından öncə bu gün hər iki komandanın baş məşqçisi media nümayəndələri qarşısına çıxacaq.
Sportinfo.az xəbər verir ki, ilk olaraq "Azərsun Arena"nın mətbuat zalında Ağdam klubunun baş məşqçi Qurban Qurbanov mətbuat konfransı keçirəcək. Konfrans saat 17:45-də başlayacaq.
"Qarabağ"ın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında başlayacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.
"Linfild"in baş məşqçisi David Hili isə saat 18:45-də Tofiq Bəhramov adına Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.
Şimali İrlandiya təmsilçisinin son məşqi saat 19:00-da qarşılaşmanın keçiriləcəyi stadionda keçiriləcək.

