"Neftçi"ni kim tanıyırdı? Dəyəri 200-300 min olan 3-4 futbolçusu var"

27 Avqust 2019 12:51 Avropa Liqası 1 398
"Neftçi"ni kim tanıyırdı? Dəyəri 200-300 min olan 3-4 futbolçusu var"

"Futbolda böyük pullar dövr edir. Qus Til "Spartak"a 16 yox, 5 milyon avroya transfer edilsəydi belə, yenə heç nə dəyişməyəcəkdi".

Sportinfo.az xəbər verir ki, bunu Rusiya futbolunun canlı əfsanəsi Aleksandr Mostovoy deyib.

Gənc mütəxəssis yerli mətbuata müsahibəsində keçmiş komandası Moskva "Spartak"ının hollandiyalı Qus Tili 16 milyon avroya transfer etməsini dəyərləndirib.

Mostovoy futbolda pulun yalnız marketinq üçün faydalı olduğunu bildirib. O, "Neftçi"ni nümunə kimi göstərərək, meydanda hər şeyin pulla həll edilmədiyini söyləyib:

"Arsenal"ın Avropa Liqasında məğlub olduğu "Neftçi"ni götürək. Bu komandanı kim tanıyırdı?

Onların maksimum dəyəri 200-300 min avro olan 3-4 futbolçusu cütün taleyini həll etdi. Deməli, hər şey nisbidir. Futbol indi ilk növbədə biznes və marketinqdir".

Xatırladaq ki, "Neftçi" Avropa Liqasının II təsnifat mərhələsində Tula "Arsenal"ını hər iki oyunda məğlub etmişdi (1:0, 3:0).

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti