“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində öz meydanında Şimali İrlandiyanın “Linfild” klubuna qarşı keçirəcəyi cavab oyununa bilet satışı davam edir.
Sportinfo.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, artıq biletlərin 8 mindən çoxu satılıb.
Oyun gününə qədər bu göstəricinin artması gözlənilir.
Avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Linfild” matçına saat 20:00-da start veriləcək. Komandalar arasındakı ilk matç Ağdam təmsilçisinin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

