"Bakıda tarix yazmaq üçün əla imkanımız var" - "Linfild"in kapitanı

26 Avqust 2019 18:33 Avropa Liqası 569
"Bakıda tarix yazmaq üçün əla imkanımız var" - "Linfild"in kapitanı

"Evdəki qələbə bizə imkan verir ki, cavab matçında sonadək mübarizə aparaq. Oyundan əvvəl vəziyyət əleyhimizə olsa da, qalib gəldik".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Linfild"in kapitanı Ceymi Malqryu "BBC Sport"a açıqlamasında deyib. Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ı məğlub etdikləri ilk oyun haqda danışan Şimali irlandiyalı yarımmüdafiəçi avqustun 29-da Bakıda keçiriləcək cavab qarşılaşmasına da toxunub:

"Belə bir komandanı məğlub etmək bizim üçün vacib idi. Bu, bir daha göstərir ki, istənilən rəqiblə oynamaq olar. Bunun özü bir uğurdur. "

Heç kim Çempionlar Liqasında mübarizəni dayandırıb, Avroliqaya düşən komandanın bu qədər mərhələ keçəcəyini gözləmirdi. Ancaq əlimizə düşən fürsətdən maksimum yararlandıq. Tarix yazmaq və arzularımızı həyata keçirmək üçün əla imkanımız var. Bura qədər qazandığımız uğurlarla fəxr edirik. İkinci oyunda da bunu təkrarlaya bilərikmi? Kim bilir?".

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Linfild" oyunu saat 20:00-da başlayacaq. İlk matçda təmsilçimiz 2:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti