Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la səfər oyununda “Linfild”i dəstəkləmək üçün Şimali İrlandiyadan Bakıya cəmi bir azarkeş gələcək.
Sportinfo.az Belfast təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, həmin şəxs İngiltərənin Derbi şəhərindən olan Filipp Middltondur.
O, avqustun 27-də London-Frankfurt-Bakı reysi ilə yola çıxacaq.
“Linfild” komandası isə eyni tarixdə çarter reysi ilə Bakıya uçacaq. Bu, klubun tarixində ən uzaq məsafəli səfər olacaq.
Avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab oyunu saat 20:00-da başlayacaq. Belfastdakı ilk matçda “Linfild” 3:2 hesabı ilə qalib gəlib.

