“Qarabağ” Şimali İrlandiyada uduzsa da, Bakıda 100 faiz lazım olan hesabla qalib gələcək”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Artim Şakiri deyib.
Ağdam klubunda oynamış ən tanınmış futbolçulardan olan Şakiri Qurban Qurbanovun komandasının Avropa Liqasının pley-off mərhələsində “Linfild”lə Bakıdakı matçda qələbə qazana biləcəyini söyləyib. "Qarabağ"ın makedoniyalı sabiq oyunçusu futbolçuların özünəinamlı olmalarının vacibliyini vurğulayıb: "Qarabağ” Bakıdakı oyunda ilk dəqiqələrdə qol vuraraq, istədiyi nəticəni əldə edəcək.
Sadəcə futbolçular inamlı olmalıdır. Məncə, “Qarabağ” Avropa Liqasının qrup mərhələsində mübarizə aparacaq".

