"Linfild" Bakıya çarterlə gələcək

24 Avqust 2019 16:54 Avropa Liqası 513
"Linfild" Bakıya çarterlə gələcək

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan "Linfild"in Bakıya gələcəyi tarix müəyyənləşib.

Sportinfo.az Şimali irlandiya mətbuatına istinadən xəbər verir ki, Belfast təmsilçisi matçdan iki gün öncə paytaxtımızda olacaqlar. "Mavilər" avqustun 27-də çarter reysi ilə ölkəmizə gələcək.

"Qarabağ" - "Linfild" oyunu avqustun 29-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və 20:00-da başlayacaq. Belfastdakı ilk matçda Ağdam klubu 2:3 hesabı ilə uduzub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti