“Qarabağ” İvanova tapşırıldı

24 Avqust 2019 09:23 Avropa Liqası 597
“Qarabağ” İvanova tapşırıldı

“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Şimali İrlandiyadan “Linfild”ə qarşı keçirəcəyi cavab oyununa hakim təyinatları açıqlanıb.

Sportinfo.az xəbər verir ki, UEFA bu qarşılaşmanı Rusiyadan olan hakimlər briqadasına tapşırıb.

Bakıda baş tutacaq görüşün baş hakimi Sergey İvanov olacaq. Ona yan xətt hakimləri Roman Usaçovla Valeri Dançenko kömək edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək.

Hakimlərin işinə Lüksemburqdan olan Aleyn Hamer qiymət verəcək. UEFA nümayəndəsi isə sloveniyalı Marko Simeunoviç olacaq.

“Qarabağ” “Linfild”ə səfərdə 2:3 hesabıyla məğlub olub. Avqustun 29-da Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşmasına saat 21:00-da start veriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti